Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?

Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?


7-05-2014, 10:30
Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?
DİA.AZ: - Ukraynada baş verən hadisələr artıq bu ərazilərdə böyük savaşın qaçılmaz olduğunu ortaya qoymaqdadır. Tərəflərin kiçik hərbi əməliyyatlardan müharibə şəraitinə keçidi an məsələsidir. Artıq Rusiya üçün də yetərincə əsaslar var. Ukraynada ruslar «vəhşicəsinə yandırılır»… Ukrayna üçün isə öz əraziləri uğrunda savaşmaqdan başqa bir çıxış yolu mövcud deyil…

Təbii ki, Avropanın göbəyində belə bir müharibənin olması heç də Qərbin maraqlarında deyil. Elə buna görədir ki, geniş miqyaslı hərbi əməliyyatlardan bu günə kimi qaçılıb. Lakin artıq Ukraynada qismən hərbi səfərbərliyin elan olunması xəbəri gəlib. Yəni deməli, qismən də olsa rəsmi Kiyev savaşa tədarük görür.

Bəs, bu savaş Azərbaycana hansı formada təsirini göstərə bilər?

DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, artıq rəsmi Bakı özünün ehtiyatını tutub. Rusiya ilə aparılan danışıqların Azərbaycanın maraqları fonunda yekunlaşması ölkəmizi Ukraynadakı gərginlikdən hansısa formada təsirlənmədən qoruyacaq. Və görünəni odur ki, Azərbaycan iqtidarı bu MÜHAFİZƏnin müqabilində Qərblə münasibətlərini də yetərincə gərginləşdirib.

Bu barədə dia.az-a açıqlama verən hakimiyyət içindəki mötəbər mənbə iddia edir ki, Azərbaycan Qərbə alternativ enerji qaynağı olmaqdan imtina edib. Hətta Orta Asiya ölkələri də bu müstəvidə Rusiyanın yanında dayanıblar. Orta Asiya respublikalarının nədən belə davrandıqlarının səbəbləri aydındır. Oralar Rusiya bağından imtinaya hazır deyillər.

Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?

Azərbaycan isə təhlükəli regionda yerləşməsinin fərqinə vararaq Ukrayna uğrunda qurbanlıq olmaması üçün bu yolu seçmək zorunda qalıb. Təbii ki, Azərbaycan NATO-ya tam olaraq yaxınlaşmadığı kimi Rusiyanın da tam olaraq yanında dayanmayacaq. Yəni ənənəvi balanslaşdırılmış siyasət.

Əslində Ukrayna məsələsində də rəsmi Bakının bu dəst-xətti aydın şəkildə göründü. Azərbaycan Krım məsələsində Ukraynanın yanında dayandı, amma enerji layihələri müstəvisində Rusiyaya zidd addımı atmaqdan çəkindi. Buna paralel olaraq isə Rusiyanın sayəsində İranla da münasibətlərini qaydasına saldı.

Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?

Doğrudur, bu gediş İranın əzəli düşməni olan və Azərbaycan hakimiyyəti ilə gözəl münasibətlərdə olan İsrailin maraqları ilə ziddiyyət təşkil edirdi. Amma rəsmi Tel-Əvivdən gələn qonaqlara verilən izahat qarşı tərəfi də razı salırmış kimi göründü. Yəni ənənəvi balanslaşdırılmış siyasət Azərbaycanın xarici siyasət kursunda prioritet təşkil etməkdə davam edir…

Təbii ki, kimlərsə bu siyasətin hər zaman effektiv olmayacağını iddia edir. Burada da haqlı məqamlar var. Yəni məsələn, Azərbaycan tam olaraq Rusiyanın yanında dayanarsa, Qarabağın işğaldan azad olunmasına bəlkə də nail ola bilər, amma bunun müqabilində müstəqilliyinin mühüm nüanslarından vaz keçməli olacaq. Və yaxud da Azərbaycan Qərbin yanında dayanarsa, müstəqilliyini daha da möhkəmləndirə bilər, amma bunun qarşılığında Qarabağ problemi mahiyyətində əlavə çətinliklərlə də üz-üzə qalmış olacaq. Yəni bu baxımdan rəsmi Bakı hətta Qarabağ probleminin konservləşdirilməsi bahasına olsa da, ənənəvi balanslaşdırılmış siyasətindən vaz keçə bilmir, keçmir…

Azərbaycan Ukrayna-Rusiya toqquşmasında kimin əmisi oğlu kimi çıxış edir?

Lakin enində-sonunda imtina qərarı verilməlidir. Bunun üçün isə əslində Ukraynada baş verənlər ən münasib olanıdır. Yəni Ukraynada savaş başlayarsa və bu savaşın qalib olan tərəfi elə Azərbaycanın da əsas müttəfiqi olacaq. Bir sözlə, rəsmi Bakı qalib olanın yanında olacaq.

DİA.AZ Analitik Qrupu

Geri qayıt