Əsas Səhifə > Hadisə, Manşet > Hesablama Palatası daha bir icra başçısını bitirmə yolunda

Hesablama Palatası daha bir icra başçısını bitirmə yolunda


29-04-2014, 11:02
Hesablama Palatası daha bir icra başçısını bitirmə yolunda
DİA.AZ: - Keçən ilin sonlarına yaxın Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin ediləcəyi haqda informasiyası yayılan Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov üçün arzuolunmaz günlər başlayıb. Nazirlər Kabinetindəki mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, bu həftədən etibarən Hesablama Palatası tərəfindən Abşeron RİH-in fəaliyyətinin araşdırılmasına başlanılacaq.

Mənbə iddia edir ki, büdcə vəsaitlərinin və prezident tərəfindən ayrılan pulların xərclənməsilə bağlı sözügedən rayonun icra hakimiyyəti tərəfindən verilən hesabatda böyük qüsurlar hələ keçən ilin sonlarından maliyyə nazirliyinin diqqətini cəlb etdiyindən Abşeron RİH-in fundamental qaydada təftişi zərurəti yaranıb.

Lakin Zakir Fərəcovun himayədarları sayəsində bir neçə dəfə yoxlamanı ertələməyə müvəffəq olması gözlənilən qərarın verilməsini yubadıb, - deyən mənbə bildirir ki, bu həftədə ciddi təftiş həyata keçiriləcək: «Təbii ki, belə bir addımın atılması Zakir Fərəcov üçün münasib hesab oluna bilməz və həmçinin onun mövqelərinin də təhlükə altında olmasının göstəricisidir».

Xəbərdə o də qeyd olunur ki, buk imi təftişə uğrayan RİH-lərin rəhbərləri nadir hallarda növbəti təyinatlarla mükafatlandırılırlar. Yəni bu da o deməkdir ki, Abşeron RİH rəhbəri postu Zakir Fərəcovun sonuncu iş yeridir.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt