Əsas Səhifə > Hadisə, Manşet > Heydər Əsədov KTN-yə təsadüfən təyinat almayıb - İsmət Abbasovun daha bir gizli gəlir qaynağı aşkarlanıb
Heydər Əsədov KTN-yə təsadüfən təyinat almayıb - İsmət Abbasovun daha bir gizli gəlir qaynağı aşkarlanıb23-04-2014, 11:01 |
DİA.AZ: - Son günlər ölkə gündəmini fərqli-fərqli çevrələrin toqquşması məşğul etdiyindən, habelə nurçuluq, vəhabilik kimi mövzuların daha çox aktuallıq qazanması səbəbindən keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan və bununla da «fəxri təqaüd dövrü» yaşadığı söylənilən İsmət Abbasov özünü bir qədər arxayın hiss etsə də, bu müvəqqəti ola bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə informasiya verib. Qaynağın iddialarına görə, İsmət Abbasovun KTN-dəki dayaqlarını bir-birinin ardından sıradan çıxaran yeni nazir Heydər Əsədov nazirlik daxilində son aylarda həyata keçirilən təftiş zamanı ortaya ilginc faktları da çıxarıb. Mənbənin dia-az.life-a söylədikləri: «Aydın olub ki, İsmət Abbasov illər ərzində «yuxarılar»ın nəzarətindən və diqqətindən kənar böyük qeyri-leqal gəlir ünvanlarına malik olub və illər ərzində bu ünvanlardan yüklü miqdarda qazanc əldə edilib. Söhbət qeyri-qanuni əldə olunmuş təxminən 12 milyon manata yaxın vəsaitdən gedir». Mənbəmiz bildirir ki, Hesablama Palatasından transfer olunmuş Heydər Əsədov üçün də bu gizli gəlir qaynaqlarının müəyyənləşdirilməsi çox çətin olub: «Çünki əldə olunan vəsait müxtəlif çeşidli maxinasiyalardan və qaranlıq bank əməliyyatlarından nəticə olaraq ortaya çıxıb. Hesablama Palatasının mütəxəssisləri Heydər Əsədovun dəvəti ilə araşdırma apararaq ortaya ciddi və konkret dəlillər çıxarıblar ki, bu sübutlar da birbaşa olaraq «yuxarılara» təqdim olunub». Bu arada mənbəmiz maraqlı bir açıqlamada da bulunub: «Əslində bu gün baş verənlərdən görünəni odur ki, Heydər Əsədov KTN-yə təsadüfən göndərilməyib. Onun elə başlıca missiyası İsmət Abbasovun qaranlıq işlərini aşkara çıxarmaqdır. Və o da görünür İsmət Abbasov baş nazirin müavini postunda girov tutulur. Yəni Heydər Əsədov yetərli və ciddi dəlillər ortaya qoyarsa, onunla bağlı ölçü götürüləcək». Geri qayıt |