Əsas Səhifə > Hadisə, Manşet > Rəsmi Bakı dini müstəviyə müdaxilə ilə bağlı ciddi plan hazırlayır

Rəsmi Bakı dini müstəviyə müdaxilə ilə bağlı ciddi plan hazırlayır


17-04-2014, 10:44
Rəsmi Bakı dini müstəviyə müdaxilə ilə bağlı ciddi plan hazırlayır
DİA.AZ: - “Azərbaycanda tək “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur”. Xatırladaq ki, dünən bu fikirləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri qeyd edib ki, bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var: “Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar”.

Ə. Həsənov deyib ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmirlər: “Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz. Təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür”.

DİA.AZ xatırladır ki, son günlər ölkədə ayrı-arı qeyri-ənənəvi təriqətlərə qarşı aparılan kampaniyada daha çox nəzərə çarpanı nurçulara qarşı yürüdülən mətbu siyasətdir. Amma bunun əvəzində hətta yüzlərlə Azərbaycan vətəndaşını Suriya cəhənnəminə daşıyan vəhabilərlə bağlı heç də nurçulara qarşı verilən reaksiya müşahidə olunmur.

Bu bir yana, bu gün Azərbaycanda tək bəla nurçuluq və vəhabilik deyil. Daha böyük təhlükələrdən biri də xristianlığa aid təriqətlərdir ki, onlar illərdir Azərbaycanda rahat-rahat fəaliyyətlərini sürdürürlər. Və keçən günlərdə onlardan biri ilə bağlı ilginc faktları da diqqətinizə təqdim etmişdik.

Həmin məlumatın bəzi hissələrini yeri gəldiyindən xatırladırıq. “Bu gün Prezident Administrasiyasının humanitar şöbəsinin müdirəsi Fatma xanım Abdullazadənin birbaşa olaraq Qərbin «Xaç(lı) Yürüşü» planının tərkibinə aid edilən xristian missioner təşkilatının himayədarı olduğunu hər kəs yaxşı bilir. Fatma Abdullazadənin qardaşı «Xaç Yürüşü» planından milyonlar qazanır

Amma nədənsə Fatma Abdullazadə unutdurulur. Hətta onun qardaşı Eduard kimi tanınan Eldar Abdullayev da həmin sektanın rəhbəri olaraq özünü Azərbaycanda çox sərbəst hiss edir. Həmin «Xaç Yürüşü» planına uyğun olaraq bu gün Azərbaycanda 40 mindən artıq vətəndaşımız xristianlaşdırılıb. Bu iş üçün isə il ərzində 40 milyon ABŞ dollarına qədər vəsait xərclənir» - deyə vurğulanan məlumatda qeyd olunrudu ki, amma nədənsə Fatma Abdullazadənin himayəsi altında olan xristian cəmiyyətlərinə qarşı hansısa addım atılmır.

Indi isə bi məqam hörmətli Əli Həsənovun da diqqətini cəlb edib. Hər halda PA rəsmisinin “Azərbaycanda tək “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər” şəklində açıqlama verməsi bəlkə də bir siqnal kimi qarşılanmalıdır.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, hakimiyyət yaxın günlərdə dini müstəvidəki eybəcər duruma ciddi müdaxilə planının icrasına start verəcək. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, hətta ayrıca olaraq Azərbaycan dövlətinin dini konsepsiyasının da hazırlanması qərarı var.

Mənbənin söylədikləri: “Paralel olaraq isə nurçu və vəhabilərlə yanaşı, xristian təriqətlərinə qarşı da sərt addımlar atılacaq. Hətta bu zaman Fatma Abdullazadənin qardaşı belə hədəfə çevrilə bilər”.

Geri qayıt