Əsas Səhifə > Hadisə, Manşet > İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi

İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi


14-04-2014, 10:14
İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi
DİA.AZ: - Keçən həftə tanınmış teleaparıcı, psixoloq, iş adamı İlham Mirzəyevin həbs edildi. Qeyd edək ki, özünü psixoloq kimi təqdim edən İlham Mirzəyev əslində uzun illər idi ki, baxıcılıqla məşğul olurdu və bildirilirdi ki, arxasında ciddi oliqarx-məmurlarda dayanıb. Hətta İlham Mirzəyevin özü tez-tez oliqarxlar tərəfindən qorunduğunu bildirir, Türkiyənin məhşur müğənnisi İbrahim Tatlısəslə kirvə olduğunu və sonuncunun ona maşın bağışladığını deyirdi.

DİA.AZ bildirir ki, həqiqətən İlham Mirzəyevin çevrəsində ciddi oliqarx-məmurlar da olub. Belə olmasaydı, Gənclik metrostansiyasının yanında aylıq icarə haqqı 10 min manat olan 4 mərtəbəli binanı icarəyə götürə bilməzdi. Çünki klinikanın aylıq gəliri 10 min manat ola bilməzdi. Deməli, ona kimlərsə kömək edib. Bu arada aydın olub ki, əslində psixoloji yardım adı ilə açdığı klinikada İlham Mirzəyev baxıcılıqla məşğul olurmuş. Və nəticədə aldadılan bir neçə şəxs ondan şikayətçi olub.

Bunu da yada salaq ki, bu günlərdə rəsmi dövlət qəzeti olan "Xalq" qəzetində onunla bağlı sərt yazı dərc olunmuşdu və İlham Mirzəyev tərəfindən aldadılan şəxslər şikayət etmişdilər. İndi isə İlham Mirzəyev həbs olundu.

İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi

Bu arada isə DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Məlumatlı mənbələrdən ötürülən xəbərə görə, İlham Mirzəyevin həbsdən azad olunması üçün artıq xahişlər edilməkdədir. Yuxarıda da xatırlatdıq ki, İlham Mirzəyevin Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəslə gözəl münasibətləri olub.

Məlumatlı mənbə iddia edir ki, artıq Ərdoğan iqtidarına yaxın olan İbrahim Tatlısəs İlham Mirzəyevin azadlığa çıxması üçün Türkiyənin baş nazirindən Azərbaycan iqtidarına müraciət edilməsi xahişində bulunub.

İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi

Mənbənin dia.az-a söylədikləri: “Ərdoğan iqtidarını dəstəkləyən İbrahim Tatlısəs keçən şənbə günü baş nazirə belə bir xahişi edib. Və Türkiyənin baş naziri də rəsmi Bakı ilə dostluğundan istifadə edərək bu məsələni diqqətdə saxlayacağına söz verib”.


İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi
İlham Mirzəyev üçün İbrahim Tatlısəs Ərdoğana müraciət etdi
Geri qayıt