Əsas Səhifə > Hadisə, Manşet > İTV-dəki rəhbər dəyişikliyinin 1 ilinin tamamında sürpriz kampaniya

İTV-dəki rəhbər dəyişikliyinin 1 ilinin tamamında sürpriz kampaniya


11-04-2014, 11:10
İTV-dəki rəhbər dəyişikliyinin 1 ilinin tamamında sürpriz kampaniya
DİA.AZ: - İctimai Televiziya ilə bağlı son günlər mətbuatda müxtəlif məlumatlara rast gəlinir. DİA.AZ-a bunları xatırladan mənbə baş verənlərin təsadüfi olmadığını, prosesin idarəolunan olduğunu bildirib.

Məlumatlı mənbənin bildirdiklərindən belə anlaşılır ki, bütün bu baş verənlər heç də səbəbsiz deyil. Məlumatlara görə, yaxın günlərdə bəzi KİV-lər vasitəsi ilə İTV-yə qarşı basqı olacaq.

Mənbənin söylədikləri: “Daha dəqiqi təxribat xarakterli bəzi dezinformasiyalar və təhrif edilmiş fikirlərə yer verilməklə necə deyərlər kanal rəhbərliyi provokasiyaya çəkiləcək. Məqsəd isə nəyin bahasına olursa-olsun kanalın adının bu və ya digər məsələlərdə sürəklə hallandırılmasıdır”.

Qeyd edək ki, aprelin 23-də İTV-də rəhbər dəyişikliyinin bir ili tamam olur. Və görünəni də odur ki, kimlərsə bir il əvvəlki dəyişiklikdən məmnun qalmayaraq, qisas fürsətini əldə etmiş hesab edərək hücuma keçməyi planlaşdırır.

Geri qayıt