Əsas Səhifə > Hadisə, Manşet > Zakir Fərəcov Abşeronu separatçı kürdlərə peşkəş edib? - İcra başçısının çətiri altında eybəcərlik

Zakir Fərəcov Abşeronu separatçı kürdlərə peşkəş edib? - İcra başçısının çətiri altında eybəcərlik


8-04-2014, 10:59
Zakir Fərəcov Abşeronu separatçı kürdlərə peşkəş edib? - İcra başçısının çətiri altında eybəcərlik
DİA.AZ: - Paytaxt Bakıya ən yaxın yaşayış massivlərindən olan Abşeron rayonunun icra başçısı Zakir Fərəcov özünü sanki bir kimsəsiz, nəzarətdən kənar adanın rəhbəri kimi hiss edir. Hətta qədim qəbilələrin başçıları belə özlərinə bu qədər əmin olmayıblar, güvənməyiblər. Amma Zakir Fərəcov illərdir ki, Abşeron rayonda meydan sulayır.

Kimdir Zakir Fərəcov?

İlk olaraq Zakir Fərəcovla bağlı elə Abşeron icra hakimiyyətinə aid rəsmi internet səhifəsində yerləşdirilmiş bilgiləri çatdıraq:

Fərəcov Zakir Fərəc oğlu 3 fevral 1954-cü ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1980-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun «Sənaye İqtisadiyyatı» fakultəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972 - 1974-cü illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1975 - 1978-ci illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, 1978-1981-ci illər ərzində şöbə rəisi, 1981-1988-ci illərdə baş direktorun müavini və 1988-2000-ci illədək isə baş direktor vəzifələrində çalışmışdır.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-ci ilədək Sumqayıt şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır.
2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşdur.Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 5 övladı, 9 nəvəsi var.

Təbii ki, bunlar məsələnin rəsmi olan hissəsidir. Qeyri-rəsmi məqamlar isə kifayət qədər ilgincdir. Hətta bu qeyri-rəsmi, amma həm də real olan bu faktlara söykənilərsə, ən azından Zakir Fərəcov tərcümeyi-halının məhz qeyri-rəsmi ştrixləri səbəbindən cinayət məcəlləsinin konkret maddələri ilə ittiham hədəfinə çevrilə bilər.

Onun iqtidariçi kürd qruplaşmasına aidiyyatı varmı?

Özünü hər zaman bu qruplaşmanın çətiri altında hiss edən Zakir Fərəcov bu gün Abşeron ərazisində də rəsmən separatizm fəaliyyəti göstərir. Bu barədə DİA.AZ-a maraqlı informasiyalar daxil olub.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, illər ərzində özünü nəzarətsiz hiss edən Abşeron RİH rəhbəri hətta konkret olaraq Masazır ərazisində bir separatizm yuvası qurub. Bu əraziyə olan maraq səbəbindən bu gün Türkiyədən, Şimali İraqdan və başqa ünvanlardan gəlmə kürd əsillilər məhz icra başçısının çətiri altında baha qiymətə satılan torpaqlar hesabına külli miqdarda gəlir əldə ediblər.

Məlumatı verən mənbəyə görə, bu gün Masazır bələdiyyəsinin özündə də məhz Zakir Fərəcovdan qidalanan separatçı ovqat hökmranlıq edir.

Təbii ki, bu faktlar dövlətin müvafiq qurumları tərəfindən araşdırılmalıdır. Çünki dia.az-a daxil olan informasiyalarda bildirilir ki, Zakir Fərəcov konkret şəkildə bölücü fikirlərə malikdir və bu ideologiyasını hətta iştirakçısı olduğu məclislərdə belə yaymaqdan geri durmur.

Hacıbala Abutalıbovun yerinə keçmək istəyirdi

Zakir Fərəcovun ən böyük arzusu Bakı şəhərinin açarlarını cibində gəzdirə bilməsidir. Bunun üçün adamın çabaları ortadadır. Amma ona rədd cavabı verilib. Buna rəğmən yenə də hədəfinə doğru irəliləmək fikrindədir.

Təbii ki, Zakir Fərəcovun bu gün nəinki Bakı ŞİH-ə rəhbər təyin olunması, hətta bundan da yuxarı mənsəbə daşınması mümkündür. Yəni ola bilər. Ən azından ona görə ki, hələ də etdiklərinin müqabilində bu adamla bağlı hər hansı ölçü götürülmür. Bu isə Zakir Fərəcov üçün ruh yüksəldən bir məqamdır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt