Əsas Səhifə > Hadisə, Manşet > "Pulumuz batır... NƏ EDƏK?"

"Pulumuz batır... NƏ EDƏK?"


6-09-2024, 10:23
"Pulumuz batır... NƏ EDƏK?"
" "Bakıkart" sistemi artıq 3-cü həftədir ki, işləmir. Pul kisəsində 100 manata yaxın məbləğ var, amma həmin məbləğin taleyi barədə heç bir şey bilinmir". Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Məhəmməd İsgəndərli adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır:

"Pulumuz batır... NƏ EDƏK?"

" "Antiinhisar"a bu barədə şikayət etmişəm. Amma deyəsən, onlar bu məsələyə baxmırlar.

Hara şikayət etmək lazımdır bu barədə?

Məbləği az olanlar da bir az çox rahatdır. Zəng edin, hara imkanınız çatır. Bunların tətbiqi hazırlamaq fikirləri yoxdur. Pulumuz batır..."


Geri qayıt