Əsas Səhifə > Hadisə, Manşet > İsmət Abbasova yaxın olan bir neçə önəmli fiqur həbs oluna bilər

İsmət Abbasova yaxın olan bir neçə önəmli fiqur həbs oluna bilər


31-03-2014, 08:45
İsmət Abbasova yaxın olan bir neçə önəmli fiqur həbs oluna bilər
DİA.AZ: - Kənd təsərrüfatı naziri Heydər Əsədov İsmət Abbasovun daha bir “maliyyə məhrəm”ini ifşa edib. Bu barədə DİA.AZ-a KTN-dəki qaynaqlardan informasiya ötürülüb. Və xəbəri verən məlumatlı mənbə iddia edir ki, nazir Əsədov baş nazirin müavini postunu tutan İsmət Abbasovun rəhbərliyi dönəmində Dünya Bankı tərəfindən ayrılan iri həcmdə pulların rəsmən həzm-rabedən keçirilməsini təsdiqləyən dəlillər toplayıb.

Toplanan sənədlərdə təsdiqlənir ki, Kənd Təsərrüfatı Nazirliyinə aid bir neçə kredit ittifaqının iştirakı ilə İsmət Abbasovun nazir olduğu dönəmdə Dünya Bankından ayrılan milyonlarla vəsait talanıb. Xatırladaq ki, bu barədə əvvəlindən Azərbaycan hökumətində ciddi bilgilər olub, lakin sonradan bu məsələ ört-basdır edilsə də, Heyədr Əsədov təkrarən DB-dən ayrılan pulların aqibətilə maraqlanmağa başlayıb.

Xatırladaq ki, həmin ərəfədə hətta Mərkəzi Bank da hərəkətə keçərək İsmət Abbasovun talançı kredit ittifaqlarına qarşı cəza tədbirlərini həyata keçirməyə başlamışdı.

Redaksiyamıza göndərilən məlumatda deyilirdi: “Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayırmışdır. Həmin pul vəsaitinin kredit şəkilində paylanılması “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatına (İKA) həvalə olunmuşdur və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kredit ittifaqlarının kreditləşməsi üçün nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir.

Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7ci mərtəbəyə, yəni İsmət Abasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.

Arif Əliyev bir çox kredit ittifaqlarının- “Tərəkəmə”, “Yüzbaşlı-2”, “İlham”, “Sahibkarlar”, “Aşıxlı”, “Aran”, “Ləman”, “Masallı” və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarmış və özlərinin dediyi kimi aşağı yollamışdır. Hətta İlham və Yüzbaşlı-2 kredit ittifaqlarının sədrlərinin başqa cinayət işlərində əlləri olduqlarına görə həbs olunmuşlar.

İsmət Abbasova yaxın olan bir neçə önəmli fiqur həbs oluna bilər

Arif Əliyev Sahibkarlar və Tərəkəmə Kİ-lərin adlarına 1 mln manat kredit ayırmasına və onun müəyyən qismini mənimsəməsinə baxmayaraq, hər birindən 1mln manatın geri qaytarılmasını tələb etdikdə həmin Kİ rəhbərləri Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışlar.

Tərəkəmə Kİ-nin rəhbəri Türkiyədə qızıl mağazası açıb fəaliyyət göstərir. Hətta Arif Əliyev girovların qeyri-qanuni qiymətləndirməsi, yalandan təmir xərcləri və s kimi təşkilata məxsus olan pulları da təşkilatdan çıxarıb İsmət Abasovla bölürmüş”.

İndi isə aydın olur ki, bütün bu faktlar üzrə Heydər Əsədov ciddi dəlillər əldə edib. Bu barədə dia.az-a danışan mənbə iddia edir ki, Bu faktlar əsasında İsmət Abbasova yaxın olan bir neçə önəmli fiqur həbs oluna bilər.


Geri qayıt