Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Hadisə, Manşet > Xaçmaz problemlər içində: Sakinlərdən isə...
Xaçmaz problemlər içində: Sakinlərdən isə...29-07-2024, 09:42 |
![]() Elnur Rzayev Xaçmaz rayonuna icra başçısı təyin olunandan sanki sakinlərin də şikayətləri artan istiqamətdə irəliləməkdədir. Hər halda, yerli KİV-də müşahidə olunan gileylərin intensivliyi və bolluğu da belə deməyə əsas yaradır ki, Şəmsəddin xanbabayevdən sonra da Xaçmazın üzü gülmür... Dia-az.İnfo bildirir ki, artıq yerli sakinlər problemlərini satirik formada ifadə etməyə başlayıblar ki, bu da əslində çarəsizliyin əlaməti kimi yozulur. Yəni desən nə xeyri, sussan nə xeyri... ![]() Bu fotonu paylaşan Xaçmaz sakini Üzeyir Mustafayev yerli icra hakmiyyətinə və əlaqədar qurumlara müraciət edərək bildirir ki, yağışlar yağdıqda Xaçmazın küçələri piyadalar üçün keçilməz olur. Narazı vətəndaş yazır: ![]() "Xaçmazda bir az yağış yağan kimi səkilər, su gölməçələri üzündən keçilməz maneələr kimi olur..." Qeyd edək ki, onun bu paylaşımında digər Xaçmaz sakini satirik formada reaksiya verib. ![]() Eldeniz Tariverdiyev adlı Xaçmaz sakini belə şərh edib olayı: "Ola bilməz. Rayon rəhbərliyinin sayəsində Xaçmazın bütün küçələri tər təmiz və düppədüzdü. Bəzi yerlərdə qəsdən çuxurlar saxlayıblar ola bilsin. Gölməçələrin olması rayona ayrıca gözəllik qatır. Venesiya kimi məsələn..." Geri qayıt |