Əsas Səhifə > Hadisə, Manşet > BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...

BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...


1-07-2024, 10:51
BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...
Bakıda - düz paytaxtın mərkəzində daha bir tikinti özbaşınalığı... Söhbət Yasamal ərazisində Tağı Şahbazi və Qədirli küçələrinin kəsişməsində qanunsuz olaraq inşa edilmiş oteldən və bu otelin ətrafda yaşayan sakinlərə verdiyi narahatçılıqdan - əslində isə cəhənnəm əzabından gedir.

Otel necə tikilib...

Sakinlərin Dia-az.İnfo-ya bildirdiklərindən belə aydın olur ki, inşası təxminən 3 il əvvəldən başlayan və tikintisi boyunca bir ayrı, tikilib qurtarandan sonra isə ətrafda yaşayanlara bir ayrı dəhşətlər yaşayan bu otel indi sahiblərinin özbaşınalığı səbəbindən əməlli-başlı problemə çevrilib.

Qeyd edək ki, tikildiyi zaman həmin ərazinin 4 yanının fərdi mənzillər olması nəzərə alınmayıb ki, bu da əslində ilk əvvəl yerli icra qurumlarının və digər müvafiq dövlət təşkilatlarının günahı, daha dəqiqi isə özbaşınalığıdır.

Hər halda, aşağıdakı fotolardan da aydın şəkildə görünür ki, otel dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və bu evlər köçürülmədən burda hansısa inşaat işlərinin həyata keçirilməsi belə doğru deyildi və həm də ən başlıcası qanunlarımızla qadağandır.

Amma kimdir qanun dinləyən...

Bəli, hal-hazırda sakinlərin narazılığından da belə aydın olur ki, artıq 3 illik məşəqqətli inşaat işlərinin ardından açılışa hazırlanan oteldə son tamamlama işləri görülür. Amma bu tamamlama işləri zamanı otelin sahibləri ayılıblar ki, bəs obyektlərinə gediş-gəliç üçün yol nəzərdə tutmayıblar. Bayaq dedik axı... otel 4 tərəfdən yaşayış evləri ilə əhatələnib.

Sakinlər bildirir ki, ilk əvvəl Qədirli küçəsi istiqamətindən özünə yol planlayan otel sahibləri bunun perspektivsiz olduğunu gördüyündən indi də Tağı Şahbazi istiqamətindəki evlərin sahiblərinin günlərini qara edib, onların yeganə gediş-gəliş yollarında ağalıq etməyə başlayıb.

Bununla bağlı yerli icra hakimiyyətindən və hüquq-mühafizə orqanlarından kömək istəyən sakinlərlə söhbətimiz isə uzun çəkmədi... Çünki hər şey gün k8imi aydın idi....

NÖVBƏTİ YAZIDA:

- Bu məşəqqətli otel hansı məmurundur və burada hansı nazirliyin hesabına pulların silinməsi ehtimalı var?
- Sakinlərin sözlərinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar hansı reaksiyanı verdilər...

Bizi izləməyə davam edin...

BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...
BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...
BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...
BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...
BU NƏDİ BELƏ: Bakının göbəyində ÖZBAŞINALIQ...

Geri qayıt