Əsas Səhifə > Hadisə, Manşet > Xaçmaz sakinləri yolsuzluqdan GİLEY EDİR...

Xaçmaz sakinləri yolsuzluqdan GİLEY EDİR...


30-05-2024, 11:18
Xaçmaz sakinləri yolsuzluqdan GİLEY EDİR...
"Neçə illərdi Xaçmaz - Qımılqışlaq kənd yolu pis gündədi. Yayı toz, qışı palçıq və çalalarla doludu. Yol əsaslı təmir olunmalıdı və yolun istismarında ağır tonajlı maşınları nəzərə alınıb asfalt döşənsə yaxşı olar...." Dia-az.İnfo xəbər verir ki, bu sözlər Xaçmaz sakinləri adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Keçən il Xaçmaz Xudat yolunun üstündəki körpü uçanda bütün ağır texnikalar Qımılqışlaqdan keçdi. Alternativ yol olduğuda nəzərə alınmalıdır.

Xaçmaz rayon Qımılqışlaq kənd yolu özülyündə Şixlar, Maşıoba, Hacıisaoba Mirzəmmədkənd və digər kəndlər daxil olmaqla bir neçə kənd əhalisinin istifadə etdiyi əsas yollardan biri sayılır.

Nəzər yetirsək ki, bu yoldan ağır tonnajlı yük avtomobiləri və Qudyalçay körpüsü dağıqdan sonra alternativ yol kimi istifadə olunub, bu yol artıq öz tam istismar müddətini vaxtından əvvəl başa vurmaq üzrədir..."

Xaçmaz sakinləri yolsuzluqdan GİLEY EDİR...

Geri qayıt