Əsas Səhifə > Hadisə, Manşet > "Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..."

"Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..."


21-05-2024, 09:43
"Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..."
"Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan "Azəraqrar" MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, 2020-ci ildə 550 hektar (bəyan nömrələri 1220788,884565,884534,884516) ,2021 ci ildə 700 hektar(bəyan nömrələri 2550646,2470891,2116741,,2071194,) əkin bəyan edərək subsidiya alıblar..."

dia-az.media xəbər verir ki, bunu Zərdab Rayonu Dəkkəoba kənd sakini Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu ölkə rəhbərliyinə ünvanladığı müraciətində qeyd edib.

ƏVVƏLİ BURADA: `Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR...

Müraciətin davamında deyilir:

"Bu məsələyə niyə baxan yoxdur? Örüş torpaqlarında əkilən pambıqlara əkin subsidiyası Kənd Təsərrüfatı Nazirliyinin vəsadəti və adlı siyahısı ilə Nazirlər Kabineti tərəfindən ayrılır...

Bu örüş torpaqlarında əkilən pambıq sahələrinə Kənd Təsərrüfatı Nazirliyi və AKİA birbaşa olaraq... Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayırıb. O cümlədən öz aqronomları Azər Teymurovun da örüş sahəsinə birbaşa subsidiya ayrılıb.

Çox maraqlıdır ki həmin bəyan olunmuş əkinlərə nə aqrokimyəvi analiz, nə də aqrar sığorta olmadan subsidiya verilib.

Bu məsələlərlı bağlı hüquqi araşdırma aparılarsa, ortaya daha da ciddi faktlar çıxa bilər..."

Məsələ diqqətimizdədir.

Geri qayıt