Əsas Səhifə > Hadisə, Manşet > Süni ÜSYAN ŞƏRAİTİNİ hansı məmur gəlir qaynağına çevirib?
Süni ÜSYAN ŞƏRAİTİNİ hansı məmur gəlir qaynağına çevirib?8-03-2014, 12:18 |
DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən aldığımız informasiyaya görə, 24 rayonun icra başçısı adından birgə şəkildə imzalanmış müraciət prezidentə çatdırılıb. Bu barədə DİA.AZ-a xəbəri verən qaynaq çox ciddi faktları açıqlayıb. Aydın olur ki, sən demə, bu vaxta qədər yerlərdə süni şəkildə üsyan tədarükü görən qüvvələr var imiş ki, bunu da bizneslərinə çeviriblər. Mənbənin söylədikləri: «İcra başçıları adından prezidentə ünvanlanan müraciətdə konkret ad çəkilib və 24 rayonunun icra hakimiyyətinin başçısı hazırda yüksək vəzifə tutan məmurlardan birindən narazılıq edərək, həmin məmuru konkret faktlarla ittiham edirlər». Mənbə iddia edir ki, icra başçıları ad günlərində, şənliklərində həmin məmura bahalı hədiyyə göndərdiklərinə, qanunsuz tapşırıqlarını belə icra etdiklərinə, qohumlarını, tanışlarını torpaq sahələri və vəzifələrlə mükafatlandırdıqlarına, onlardan tələb olunan aylıq haqqı vaxtlı-vaxtında çatdırdıqlarına rəğmən yenə də həmin icra başçısı tərəfindən yerli və yersiz olaraq hədəfə alınırlar. Mənbə bildirir: «İcra başçılarının müraciətlərində qeyd olunur ki, konkret olaraq hər bir rayon rəhbərinin üzərinə əlavə maliyyə öhdəlikləri qoyan həmin məmur, hətta nəzarəti altında olan reket mətbuatı da məhz eyni qaynaq hesabına maliyyələşdirir ki, bu da rayon rəhbərlərinin narazılıqlarına səbəb olmaqdadır». İcra başçılarının müraciətlərində şok məqamlar da qeyd olunub: «Bir neçə dəfə həmin məmura yaxın çevrələrin rayonlarda icra başçılarına qarşı müxtəlif təxribatlar hazırlaması faktları aşkarlanıb və bu barədə hətta hüquq-mühafizə orqanları da bilgiləndirilib. İcra başçıları şikayətlənirlər ki, süni şəkildə «ÜSYAN ŞƏRAİTİ» yaratmağa çalışan bu məmurun əsas hədəfi daha çox pul qazanmaqdır. Çünki mətbuatda səslənən hər bir ittihamın ardından hədəfə çevrilən icra başçıları olur». Bir sözlə, artıq 24 rayonun rəhbərinin sözü bir yerə qoyaraq həmin məmurla bağlı şikayətlərini birbaşa olaraq ən üst səviyyəyə ilətmələri olduqca ciddi bir hadisədir. dia-az.life olaraq bildiririk ki, həmin məmurun kimliyi ilə bağlı dəqiq bilgilər olsa da, bu barədə daha dolğun informasiyaları geniş araşdırma şəklində yaxın günlərdə diqqətinizə təqdim edəcəyimizdən, adları da həmin vaxt açıqlayacağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |