Əsas Səhifə > Hadisə, Manşet > "Məni gic yerinə qoyub yola verirlər..."

"Məni gic yerinə qoyub yola verirlər..."


12-03-2024, 08:54
"Məni gic yerinə qoyub yola verirlər..."
" "Kontakt Home"-un 10 ildən çoxdur daimi müştərisiyəm, bütün elektronika avadanlıqlarını oradan almışam indiyə kimi. Hal hazırda bir problem yaranıb..." dia-az.media bildirir ki, bunu Orxan adlı isttifadəçi öz gileyində ifadə edib.

Narazı vətəndaş daha sonra yazır: "Düz 4 aydır loru dildə desək, məni gic yerinə qoyub yola verirlər, heç bir sistemləri düzgün işləmir, Özlərinin səhvi ucbatından olan şikayətə baxılması üçün düz 5 nəfər pilləli şəkildə məsələyə qoşulur, güya öz aləmlərində bürokratiya yaradıblar. Müştəri tərəfindən isə aqressiyaya məruz qalan isə yalnız telefondakı operatorlardır, tapşırılıb ki, yola verin heç kimi calamayın özünüz həll edin.
Sonda da bir Legal 12 hüquq şirkəti var deyirlər bizimlə işləyir gedib ora şikayətinizi onlara bildirin. Bu nə geydirməlik bu nə qeyri professional yanaşmadır ? Adi satış meneceri satdığı məhsul haqqında heçnə bilmir. Əl qərəz deyirəm siz də bilin, heç kim gedib onlardan heçnə almasın, bildiyiniz fırıldaqçıdırlar mən isə məhkəmədə görüşəcəm".

Geri qayıt