Əsas Səhifə > Hadisə, Manşet > Burada xəstələrin pensiya kartları ƏLLƏRİNDƏN ALINIR...

Burada xəstələrin pensiya kartları ƏLLƏRİNDƏN ALINIR...


26-02-2024, 10:04
Burada xəstələrin pensiya kartları ƏLLƏRİNDƏN ALINIR...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktoru Murad Qəhrəmanlı hazırki vəzifəsində Adət İbrahimovu əvəzləməzdən əvvəl el içində “Qocalar Evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində Təsərrüfat və xidmət şöbəsinin müdiri işləyib və barəsində çoxsaylı şikayətlər səslənən direktor Samirə Mehtiyevanın rəhbərliyi altında “zəngin” təcrübə keçib. Çoxsaylı məlumatlara görə, DSMF-nin keçmiş Sosial təminat şöbəsinin müdiri, hazırki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun instruktajı üzrə “Qocalar Evi”nin məruz qaldıqları haqsızlıqlara etiraz edən sakinləri daha bedtər ədalətsizliklə üzləşir, onlara psixi xəstə adı qoyularaq, psixonevroloji sosial xidmət müəssisələrinə köçürülürlər. Beləliklə, onların ara-sıra mətbuata sızan narazılıqları “zərərsizləşdirilir”.

Yeri gəlımişkən xatırladaq ki, Samirə Mehtiyevanın qol qoyduğa qanunsuzluqlar barədə “Dəryaz” qəzetində xeyli tənqidi məqalələr dərc olunub. Olub ki, S.Mehtiyeva ona irad tutan şəxslərə güvəndiyi qardaşı, Kikboksinq Federasiyasının vitse-prezidenti Oktay Mehdiyevin möhtərəm Prezident İlham Əliyevlə birgə şəklini göstərərək, sinəsinə döyür, arxası-dayağı olduğunu bildirərək ondan şikayət etmək istəyən şəxsləri hədələyib.

Məlumata görə, 1 saylı müəssisənin 217 sakininin təxminən 25-30 nəfəri I, digər əksəriyyəti isə II və III qrup əlillərdir. Bildirilir ki, Murad Arif oğlu Qəhrəmanlı hazırki vəzifəsinə təyinat alandan sonra gördüyü birinci iş xəstələrin pensiya kartlarını “xoşluqla” əllərindən alması olub. Deyilənə görə, M.Qəhrəmanlı bu işləri müəssisənin sakinləri sırasından başqaları ilə müqayisədə diribaş olan Səbinə və Gülya adlı qadınların əli ilə görür. Hərçənd, hansısa mübahisə Gülya ilə direktorun arasını vurub və aralarında elə gərgin situasiya yaranıb ki, Gülya xanım ayağından xəsarət də alıb. Di gəl, xoşagəlməz söz-söhbət yayılmasın deyə onu dövlət xəstəxanasına aparmayıblar.

DAVAMI VAR...

“Dəryaz” qəzeti

Geri qayıt