Əsas Səhifə > Hadisə, Manşet > "Bakıda hər kəsin Naxçıvanda baş alıb gedən özbaşınalıqdan kifayət qədər xəbəri var..."

"Bakıda hər kəsin Naxçıvanda baş alıb gedən özbaşınalıqdan kifayət qədər xəbəri var..."


17-02-2024, 11:17
"Bakıda hər kəsin Naxçıvanda baş alıb gedən özbaşınalıqdan kifayət qədər xəbəri var..."
"Əziz Naxçıvan camaatı, illərlə sizin şikayətlərinizi olduğu kimi işıqlandırıb, hakimiyyətin diqqətinə çatdırmışam. Məqsədim bu olub ki, Naxçıvandakı vəziyyətdən Bakının da xəbəri olsun və bir tədbir görülsün. Amma son zamanlar qaldırdığım bütün məsələlər həll edilməmiş qalır və bu da məni incidir". dia-az.media bildirir ki, bu sözlər son zamanlar Naxçıvan sakinlərinin üzzləşdikləri problemləri daha aktiv işıqlandırrması ilə diqqətə gələn tanınmış jurnalist Heydər Oğuzun müraciətində yer alıb.
Jurnalist maraqlı mövqe ifadə edib. dia-az.media olaraq Heydər Oğuzun müraciətinin davamını təqdim edirik:
"Üstəlik, artıq hesab edirəm ki, Bakıda hər kəsin Naxçıvanda baş alıb gedən özbaşınalıqdan kifayət qədər xəbəri var. Zira mənim indiyədək işıqlandırdığım məsələlərə ötəri nəzər salmaları da yetərlidir ki, bütün mətləblərdən halı olsunlar. Axı bir dənizin duzlu olduğunu anlamaq üçün bütün dənizin suyunu içməyə ehtiyac yoxdur, bir damçı içib dadına baxmaq kifayətdir. Hesab edirəm ki, Naxçıvanı Bakıya daddırmaq üçün lazım olandan qat-qat artığını paytaxtın dodaqlarına damızdırmışam. Əgər heç bir tədbir görülmürsə, deməli iki ehtimal var: Naxçıvandakı vəziyyətin elə olması ya Bakının öz istəyinə uyğundur, ya da tədbir görmək zamanı hələ yetişməyib. Hər iki halda mənim çaxçax kimi baş ağrıtmağımın da bir faydası yoxdur. Lütfən, siz də dərdlərinizi bundan sonra mənə yazmayın. Dövlət qurumlarına müraciət edin.
Açıq deyəcəyəm, son zamanlar bu qənaətə gəlmişəm ki, hansısa maraqlı dairələr məni sizin üçün mənasız ümid yerinə çevirib. Çünki, istənilən bir ölkəni idarə etmənin iki mütəvisi olur; biri ümid, digəri qorxu. Dövlətlər yalnız qorxu və ya ümidlə idarə edilə bilməzlər. İkisi bir arada tutulmalıdır. Əks halda qorxu zülmə çevrilər və haqsızlığa məruz qaldığını düşünən əhali ayağa qalxıb öz başının çarəsinə baxar. Bu mənada mən Naxçıvandakı zülm aparatının dəngəsini təşkil edən ümid yeri olmaq istəmirəm. Boş yerə mənə ümidli olub haqqınız uğrunda mübarizədən yayınmayasınız deyə.
Bəli, mən bundan sonra naxçıvanlıların üyüdüldüyü dəyirmanın çaxçaxı olmaq həvəsində deyiləm. Ümid edirəm ki, siz də məni düzgün başa düşər və şikayət məktublarınızı bir daha mənə göndərməz, öz başınızın çarəsinə özünüz baxarsınız".

Geri qayıt