Əsas Səhifə > Hadisə, Manşet > Ovlanması cinayət hesab olunan quşlar süfrələrə NECƏ YOL TAPIR?

Ovlanması cinayət hesab olunan quşlar süfrələrə NECƏ YOL TAPIR?


23-01-2024, 09:58
Ovlanması cinayət hesab olunan quşlar süfrələrə NECƏ YOL TAPIR?
Hər il qış mövsümündə ölkəmizdə qanunsuz ovçuluq halları davam artır. Ölkədə qanunsuz formada ov edən müxtəlif ərəb ölkəsi vətəndaşları ilə yanaşı, şəhərlərarası avtomobil yollarında (xüsusən Kürdəmir istiqamətində) piştaxta qurub öz ovlarını satmağa çalışan yerli sakinlər də az deyil!

Təəssüf ki, ən çox satılan quşlardan biri də qırmızı kitaba salınmış, ovlanması qadağan olan bəzgək (lat. Tetrax tetrax) adlı növdür. Xalq arasında "məzmək", "məzgək" kimi adlarla bilinir və sayı ölkəmizdə son əsrdə 3 dəfə azalıb!

Hər il, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələ ilə bağlı "reyd" keçirdiyini qeyd etsə də dəyişən bir şey yoxdur.

Görünür, bu qanunsuz ov və satış məntəqələri kimlərinsə maraqlarına xidmət etməyə davam edir. Milli sərvətimizə birgə sahib çıxaraq, istər yerli, istər xarici vətəndaşların qanunsuz ovuna qarşı çıxmağın vaxtı çatıb....

dia-az.media

Ovlanması cinayət hesab olunan quşlar süfrələrə NECƏ YOL TAPIR?
Ovlanması cinayət hesab olunan quşlar süfrələrə NECƏ YOL TAPIR?

Geri qayıt