Əsas Səhifə > Hadisə, Manşet > Neft şirkətində yeni ixtisar dalğası - Fəhlələr Rövnəq Abdullayevə müraciət etdilər

Neft şirkətində yeni ixtisar dalğası - Fəhlələr Rövnəq Abdullayevə müraciət etdilər


25-02-2014, 10:34
Neft şirkətində yeni ixtisar dalğası - Fəhlələr Rövnəq Abdullayevə müraciət etdilər
DİA.AZ: - Dünən məlumatlar yayıldı ki, artıq dövlət neft şirkəti ixtisara saldığı 7 minə yaxın işçisinə yenidən şans tanıyıb, onlara iş verib. Əslində bu gözlənilən idi də. Çünki ixtisarlar baş verən zaman ARDNŞ-dən verilən açıqlamada qeyd olunurdu ki, ixtisar olunan bütün mütəxəssislərə iş veriləcək.

Amma ortada narazılıqlar da var. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup ARDNŞ əməkdaşı bildirir ki, onlara iş müqavilələrinin bitməsilə bağlı şirkət adından bildiriş verilib: «Maraqlıdır ki, neft şirkətinin ayrı-ayrı strukturlarında çalışanlara bildiriş verilib. Yəni hansısa idarənin bütün əməkdaşları yox, fərqli-fərqli yerlərdə işləyənlər ayrıca olaraq xəbərdarlıq alıblar».

Neft şirkətində yeni ixtisar dalğası - Fəhlələr Rövnəq Abdullayevə müraciət etdilər

Fəhlələr bildirir ki, bu da onlarda şübhə yaradıb: «Biz güman edirik ki, ixtisarların pərakəndə şəkildə aparılması artıq növbəti mərhələdə iş yerini itirənlərin işsiz qalmasına hesablanıb. Çünki birinci dalğada «vurulanların» əksəriyyətinə yeni işi yeri verildi. Çünki onlar kütləvi şəkildə ixtisar olunmuşdular. Həm də onların iş yerləri fəaliyyətini dayandırmışdı. Amma bizdə vəziyyət fərqlidir».

Elə buna görə də yaranmış vəziyyətlə bağlı dia.az-a müraciət edən fəhlələr Rövnəq Abdullayevdən izahat da tələb edirlər: «Biz Rövnəq müəllimdən soruşmaq istəyirik ki, iş yerimizi itirəcəyimiz təqdirdə, bizə də iş veriləcəkmi?»

Geri qayıt