Əsas Səhifə > Hadisə, Manşet > Ağsuda məscidlərdə vəhabi təbliğatı aparılır - İcra başçısı isə görməzlikdən gəlir

Ağsuda məscidlərdə vəhabi təbliğatı aparılır - İcra başçısı isə görməzlikdən gəlir


24-02-2014, 11:16
Ağsuda məscidlərdə vəhabi təbliğatı aparılır - İcra başçısı isə görməzlikdən gəlir
DİA.AZ: - Ağsu rayonunun dindarları adından redaksiyamıza müraciət daxil olub. DİA.AZ-a göndərilən məktubun mətnində bildirilir ki, bu gün Ağsuda təxribatçılar peyda olub və onlar yerli əhaliyə icra başçısı Ənvər Seyidəliyevə qarşı etiraz etmələri üçün çağırışlar edirlər.

Ağsulu dindarların redaksiyamızın elektron poçtuna ünvanladıqları müraciətdə deyilir:

«Biz Ağsu rayonunun dindarlarıyıq. Rayonda vəziyyət gərgindir. Burada əslən Qax rayonundan olan Rövşən Süleymanov adlı bir dindar peyda olub. Başı əmmaməli və əyni cübbəli olan bu dindarı Ağsuya dini dərs deməyə göndəriblər. Kim tərəfindən? Bu, bilinmir. Hətta Qafqaz Müsəlmanları İdarəsində də qeydiyyatda deyil. Amma buna baxmayaraq dini dərslər deyir».

Ağsulu dindarlar Rövşən Süleymanovun vəhabilərlə əlaqəli olmasından da ehtiyat etdiklərini bildirirlər: «Məscidləri gəzib-dolaşır, amma dini dərs adı altında yerli əhalini icra başçısına, hakimiyyətə qarşı kökləməklə məşğuldur. Amma maraqlı orasıdır ki, icra başçısı Ənvər Seyidəliyev də ona qarşı heç bir tədbir görməməklə yanaşı, bizi incidir. Və bizi Rövşən Süleymanova qoşulmaqda ittiham edir. Guya, biz onunla əlbirik».

Daha sonra ağsulu dinlarlar Rövşən Süleymanovla bağlı maraqlı məlumatları da diqqətə çatdırırlar: «Rövşən Süleymanov İngiltərədə yaşayan vəhabi Kibrisi adlı şəxsin tələbəsidir və onunla Türkiyə vətəndaşı olan şübhəli şəxslər mütəmadi olaraq əlaqə saxlayırlar».

Geri qayıt