Əsas Səhifə > Hadisə, Manşet > `Gözü çıxmış qardaş`dan DƏRS ALMAYAN daha bir başçı...

`Gözü çıxmış qardaş`dan DƏRS ALMAYAN daha bir başçı...


10-10-2023, 08:11
`Gözü çıxmış qardaş`dan DƏRS ALMAYAN daha bir başçı...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də İmişli rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Fəaliyyətindən hədsiz narazılıq edilən icra başçılarından biri də Elçin Rzayevdir. İmişli əhalisi xüsusilə rayondakı su qıtlığından şikayətlənirlər.

Pambıqçılıqla məşğul olan İmişli fermerləri mediaya çıxaraq əkin sahələrinin susuzluqdan məhv olduğunu dilə gətirirlər. Fermerlər icra başçısına su qıtlığı ilə bağlı dəfələrlə müraciət etsələr də, icra başçısı bu məsələnin həllini Su idarəsinin üzərinə atmaqla işini bitmiş hesab edir. İmişli əhalisi digər sosial məsələlərdə də başçının qəbuluna düşməkdə çətinlik çəkdiklərindən gileylənirlər".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


ƏLAQƏDAR YAZI: HƏBSDƏN QORXMAYAN BAŞÇILAR: Yenidir görəvdə, amma... - İLGİNC GƏLİŞMƏ...
Geri qayıt