Əsas Səhifə > Hadisə, Manşet > Abşeron icra hakimiyyətində yoxlama gözlənilir

Abşeron icra hakimiyyətində yoxlama gözlənilir


14-02-2014, 12:23
Abşeron icra hakimiyyətində yoxlama gözlənilir
DİA.AZ: - Son günlər öz işçilərinə olan etimadı itirən Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun başı üzərindən qara buludlar çəkilmək bilmir ki, bilmir. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar informasiya verib.

Xatırladaq ki, Abşeron RİH rəhbəri neçə müddətdir icra hakimiyyəti daxilində «casus» axtarışına çıxıb. Belə ki, daxildəki informasiyaların mətbuata sızdırılmasında kimlərin rol oynadığını müəyyənləşdirməyə çalışan icra başçısının hətta öz müavinlərindən belə şübhələndiyi, bunun isə «yuxarılar» tərəfindən qınaqla qarşılandığı söylənilir.

Son məlumatlardan isə aydın olur ki, bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətinin başçısı postuna namizəd kimi adı hallandırılan Zakir Fərəcovun nəinki Bakı meri olma şansları tükənib, hətta onun hazırki mövqelərini qoruyub-qorumaması da sual altına düşüb.

Məlumatlı mənbə iddia edir ki, hazırda Maliyyə Nazirliyinin və yaxud da Hesablama Palatasının ekspertləri tərəfindən Abşeron RİH-də yoxlamanın həyata keçirilməsi üçün tədarük gedir: «Əslində hər iki qurum belə bir tapşırıq alsa da, hansı qurumun ekspertlərinin təftişi həyata keçirəcəyi dəqiqləşməyib. Bu sarıdan yubanma var. Amma yoxlamanın Zakir Fərəcova ucuza mail olmayacağı heç şübhəsizdir».

Geri qayıt