Əsas Səhifə > Hadisə, Güney Press > Azərbaycan ordusunda bir zabit, digər zabiti güllələdi

Azərbaycan ordusunda bir zabit, digər zabiti güllələdi


13-02-2014, 12:32
Azərbaycan ordusunda bir zabit, digər zabiti güllələdi
Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib.

DİA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.

Nəticədə güllə onun zabit yoldaşı, baş leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Geri qayıt