Əsas Səhifə > Hadisə, Manşet > Daha bir ali təhsil ocağının lisenziyası ləğv edilə bilər

Daha bir ali təhsil ocağının lisenziyası ləğv edilə bilər


12-02-2014, 10:55
Daha bir ali təhsil ocağının lisenziyası ləğv edilə bilər
DİA.AZ: - Daha bir ali təhsil ocağı fəaliyyətini dayandıra bilər. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbələr məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, deputat Əhməd Vəliyevin rəhbərlik etdiyi «Odlar Yurdu» Universitetinin lisenziyası ləğv edilə bilər.

Mənbə iddia edir ki, bu səbəbdən növbəti qəbul imtahanlarından «Odlar Yurdu»na pay ayrılmaması üçün nazirlik müvafiq addımları atmağa hazırlaşır.

Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin və onun nəzdindəki Tam Orta Təhsil İnnovasiyalar Məktəbinin lisenziyasının müddəti isə növbəti dəfə 5 il müddətinə 2011-ci ildə uzadılıb. Yəni bu o deməkdir ki, əslində deputatın rektoru olduğu ali təhsil ocağının hələ 2 illik lisenziya müddət var. Amma buna rəğmən məlum qərarın veriləcəyi gözlənilir.

Onu da xatırladaq ki, “Odlar Yurdu” Universitetinin nəzdindəki Orta İxtisas Təhsili Kollecinin lisenziyası hələ 3 il əvvəlindən ləğv edilib. Yəni Misir Mərdanovun nazir olduğu dönəmlərdə. Və o zaman təhsil nazirliyindən məlum qərar belə əsaslandırıldı ki, kollecin fəaliyyəti uzun müddət imiş dayandırılıb və son illər ora tələbə qəbulu aparılmırdı. Amma lisenziyası qalırdı.

İndi isə «Odlar Yurdu» Universitetinin özünün lisenziyasının ləğvi gündəmə gəlib.

Geri qayıt