Əsas Səhifə > Hadisə, Manşet > «Uşağının narkoman olmasını istəyir, amma vəhabilərə qoşulub Suriyaya getməsini istəmir»

«Uşağının narkoman olmasını istəyir, amma vəhabilərə qoşulub Suriyaya getməsini istəmir»


11-02-2014, 11:58
«Uşağının narkoman olmasını istəyir, amma vəhabilərə qoşulub Suriyaya getməsini istəmir»
DİA.AZ: - Azərbaycanda vəhabilərinin ciddi şəkildə şəbəkələşməsi faktdır. Fakt olanı həm də odur ki, artıq yüzlərlə Azərbaycan vətəndaşı məhz bu şəbəkənin toruna düşərək Suriyada, Əfqanıstanda, İraqda, Pakistanda və digər qaynar hərbi nöqtələrdə anlamsız, absurd prinsiplərə söykənən müharibələrə cəlb olunurlar. Təbii ki, bir dövlət üçün vətəndaşlarının bu şəkildə zombiləşdirilməsi ciddi problem əhəmiyyətindədir.

Elə buna görə də son günlər rəsmi Bakım vəhabilərə qarşı mübarizə aparırmış kimi davranır. Ən azından belə bir görüntünün cızılmasına çalışılır. Lakin reallıq isə tamam əksinədir. Bu barədə DİA.AZ-ın elektron ünvanına yazan Yasamal rayon sakinləri bildirirlər ki, hələ də rayon ərazisində ayrı-ayrı evlərdə vəhabilər toplu halda yığışır və məclislər təşkil edirlər.

Sakinlər bildirir: «Onlar Yasamal rayonu ərazisində ciddi şəkildə təşkilatlanıblar. Hara baxırsan, hansı ünvana nəzər salırsan, bir vəhabiyə rast gəlirsən. Bu gün onlar ciddi şəkildə şəbəkə qurublar. Bizi narahat edən övladlarımızdır. Heç bir valideyn istəməz ki, övladı Suriyada gülləyə tuş gəlsin».

Sakinlər bildirir ki, dəfələrlə Yasamal rayon icra hakimiyyətinə müraciət ediblər: «Amma icra hakimiyyətinin də burada günahı yoxdur. Çünki konkret olaraq bizə başçının müavini dedi ki, onlar vəhabilərlə bağlı dəfələrlə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinə müraciət ediblər, amma bir çarəsi olmayıb».

Sakinlərin sözlərinə görə, artıq övladlarını küçəyə buraxmağa da ehtiyat edirlər: «Əvvəllər ata-ana qız övladının üzərində əsirdi, indi oğullarımızı qorumaq zorunda qalmışıq. Hətta elə ailələr var ki, uşağının narkoman olmasını istəyir, amma vəhabilərə qoşulub Suriyaya getməsini istəmir.

Xahiş edirik, dövlətimiz Yasamal rayonu ərazisində müvafiq tədbirləri görsün. Əgər onların ünvanları ilə bağlı məlumat istəyirlərsə, sahə müvəkkilləri bu barədə daha yaxşı məlumatlıdır».

Geri qayıt