Əsas Səhifə > Hadisə, Manşet > "Buraların gözəlliyinə aldanmayın..."

"Buraların gözəlliyinə aldanmayın..."


1-07-2023, 12:21
"Buraların gözəlliyinə aldanmayın..."
DİA.AZ: - "Bu raların gözəlliyinə aldanmayın..." DİA.AZ bildirir ki, bu çağırış və uyarı ilə Nəriman Zeynalov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında çıxış edib.

"Buraların gözəlliyinə aldanmayın..."

Narazı vətəndaş daha sonra bildirir: " "Şəki yaylası"na getdim. Əvvəla yolu çox uzaqdır. O qədər getməyə dəyməz. Digər tərəfdən xidmət səviyyəsi sıfır. Oturmuşuq yaxınlaşan yoxdur. Biraz keçdi gəldilər piti sifariş verdik. Sonra gəldi ki piti qutarıb. Kabab dedik. Kabab gəlib çıxana kimi stola stəkan boşqab çəngəl bıçaq qoyan olmadı. Yemək gələndən sonra məzələri gətirdilər. Hamısını da biz dedikdən sonra yadlarına saldıqca gətirirdilər. Sonda hesab gəldi o da səhv gəldi. Hamısını ikiqat hesablayıb gətirmişdilər. Ya bilərəkdən ya da bilməyərək. O qalıb onların vicdanına. Qiymətlər də çox baha. Servis haqqı 10 faiz də çoxdur. Bir sözlə məsləhət deyil. Heç kimə tövsiyə etmirəm...."

"Buraların gözəlliyinə aldanmayın..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt