Əsas Səhifə > Hadisə, Manşet > Göyçayda vətəndaşa taxıl biçmək üçün kombayn vermirlər...

Göyçayda vətəndaşa taxıl biçmək üçün kombayn vermirlər...


19-06-2023, 09:19
Göyçayda vətəndaşa taxıl biçmək üçün kombayn vermirlər...
DİA.AZ: - Göyçayda kəndçilərə taxılı biçmək üçün kombayn vermirlər. Artıq narazı vətəndaşlar üsyan həddindədir. DİA.AZ bildirir ki, onlar Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova müraciət edərək kömək istəyirlər.

Göyçay rayonu Çaxırlı kənd sakini Baxışov Babək Cavanşir oğlu əkdiyi sahəsini indi də biçə bilməməsindən, 1000 hektardan çox taxıl zəmisinin məhv olma təhlükəsi ilə üz-üzə qalmasından giley edir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş onların kəndinə cəmi bir kombaynın ayrıldığını, onun da hər kəsə verilmədiyini bildirir.

Narazı vətəndaş Prezidentə xitabən bildirir: "Mən Göyçay rayonu icra hakimiyyətinə də bildirmişəm. Amma şikayətimə baxan yoxdur. Cənab Prezident, sizdən xahiş edirəm... kömək edin..."

Daha ətraflı aşağıdakı videoda:


Geri qayıt