Əsas Səhifə > Hadisə, Manşet > Azər Zeynalov HƏBS OLUNUB?

Azər Zeynalov HƏBS OLUNUB?


17-06-2023, 15:35
Azər Zeynalov HƏBS OLUNUB?
DİA.AZ: - "Azər Zeynalov hardadır?" DİA.AZ bildirir ki, bu sorğu ilə Naxçıvan sakinləri redaksiyamıza müraciət ediblər.

Xatırladaq ki, hələ bir neçə gün əvvəl Naxçıvan Ali Məclisin sədr müavini, Fasif Talıbovun ən sdəaqətli adamı Azər Zeynalovun barəsində ölçü götürüləcəyini xəbər etmişdik.

DİA.AZ-a daxil olan son informasiyalara görə, iki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər.

Mənbə dia.az-a bildirir: "Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər.

Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb. Görünür, onunla söhbət uzun sürəcək".

Əlavə bilgilərimiz olacaq. İddia ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt