Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvan təhsilində ağlasığmaz olaylar...

Naxçıvan təhsilində ağlasığmaz olaylar...


12-05-2023, 09:58
Naxçıvan təhsilində ağlasığmaz olaylar...
DİA.AZ: - Redaksiyamıza Naxçıvan təhsili ilə bağlı yeni iddiaların yer aldığı informasiyalar daxil olub. DİA.AZ olaraq həmin faktları təqdim edirik.

Beləliklə, məlumatı verən qaynaq bildirir: "Naxçıvan şəhərində yerləşən 10 nömrəli tam orta məktəbə qanunsuz şəkildə digər məktəblərdən imtahansız yerləşdirilən müəllimlər var və onların siyahlsl budur:

1.İsmayılova Sevda 2 nömrəli məktəbdən 10 nömrəli məktəbə tarix müəllimi
2.Məmmədova Bahar 7 nömrəli məktəbdən 10 nömrəli məktəbə Riyaziyyat müəllimi
3.Əliyeva Fərqanə 5 nömrəli məktəbdən 10 nömrəli məktəbə həm direktor həmdə tarix müəllimi
4.Vəliyeva Pərvanə dərsdənkənar müəssisədən 10 nömrəli məktəbə psixoloq
5.Qənbərova Vüsalə Küznüt tam orta məktəbindən 10 nömrəli məktəbə həm təlim -tərbiyə işləri üzrə muavini, həm də Azərbaycan dili müəllimi təyin olunublar".

DİA.AZ bildirir ki, bir başqa məlumatda iə sözügedən orta məktəbdə yaşanılan digər qanun pozuntusundan danışlır:

"Bu tədris ilində təyin olunan Vusalə Qənbərovanın muavin kimi jurnalların arxasında apardığı qeydlərdə Azərbaycan dili müəllimi olmasına baxmayaraq apardığı qeydlərdə xeyli səhvləri mövcuddur.Yazılan səhvlər aşkara çıxarılanda isə həmin səhifələr cırılaraq yox edilir.

Onlardan bir neçəsini sizə təqdim edirik. Aidiyyati qurumların bu olanlardan xəbəri olsa, da ancaq heç bir tədbir görülmür".

Naxçıvan təhsilində ağlasığmaz olaylar...
Naxçıvan təhsilində ağlasığmaz olaylar...
Naxçıvan təhsilində ağlasığmaz olaylar...
Naxçıvan təhsilində ağlasığmaz olaylar...
Naxçıvan təhsilində ağlasığmaz olaylar...

Bu da həmin cırılıb yox edilən jurnallar

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt