Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəydə Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ...

Gədəbəydə Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ...


29-04-2023, 09:34
Gədəbəydə Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ...
Gədəbəy rayonu, Slavyanka kənd sakini Əsgərov Niyazi Elşən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük Qarabağ savaşının iştirakçısı olan şikayətçi artıq həyatdan bezdiyini və intihara cəhd edəcəyini bildirir:

“Mən, Əsgərov Niyazi Elşən oğlu, Gədəbəy rayonu, Slavyanka kənd sakiniyəm, 18.06.2000-ci ildə anadan olmuşam, II Qarabağ müharibəsi zamanı Şuşanın azad olunmasında iştirak etmişəm.

Gədəbəydə Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ...

Hazırda intihar etməkdən başqa yol görmürəm. Bu barədə İcra Hakimiyyətində də bildirmişəm ki, məni işlə təmin edin, işim yoxdursa məcburən bu yola əl atmalıyam.

İntihar etmə səbəbim külli miqdarda borcumun olmasıdır. İşim olsa, bu borclardan ödəyərdim.

Bir tikə çörəyə möhtac vəziyyətdə yaşayıram. Sizdən xahiş edirəm, mənim bu problemimi işıqlandırasınız.



Geri qayıt