Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvanda mətbuat işçiləri MAAŞLARINI ALA BİLMİR

Naxçıvanda mətbuat işçiləri MAAŞLARINI ALA BİLMİR


6-04-2023, 10:12
Naxçıvanda mətbuat işçiləri MAAŞLARINI ALA BİLMİR
Naxçıvanda dövlət və ya hakimiyyətyönlü mətbuatda çalışan yüzlərlə əməkdaşa üç aydan artıqdır ki, maaş verilmədiyi bildirilir. Bura Naxçıvan Televiziyası, „Naxçıvanın səsi“ radiosu, „Şərq qapısı“ qəzeti və s. daxildir.
DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bu qurumlarda çalışan, təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən bir qrup jurnalist və aparıcı məlumat verib. Onlar deyir ki, problemlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:
„Naxçıvanda hakimiyyət dəyişdikdən sonra maaş ala bilməmişik. Heç vaxt belə olmamışdı. Rəhbərlik deyir ki, bizlik deyil, büdcədə pul yoxdur deyə, pul köçürülmür. Etiraz edəni işdən çıxarmaqla hədələyirlər. Bizim də ailəmiz var, maaşsız necə dolana bilərik? Yuxarı qurumlardan xahiş edirik ki, problemin həll olunmasında bizə kömək etsinlər“.
Məsələ ilə bağlı adı çəkilən mətbuat orqanları ilə əlaqə saxlaya bimədik. Onların da mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt