Əsas Səhifə > Hadisə, Manşet > `NaxçıvanBank` AÇIQ QARƏTƏ KEÇİB...

`NaxçıvanBank` AÇIQ QARƏTƏ KEÇİB...


25-03-2023, 10:09
`NaxçıvanBank` AÇIQ QARƏTƏ KEÇİB...
DİA.AZ: - " `Naxçıvanbank`ın "Divan Express Hotel"in binasında yerləşən bankomatından təcili nağd pula ehtiyac olduğu üçün 110 manat məbləğində pul çıxarmaq istəsəm də, kart hesabımdan pul silinməyinə baxmayaraq bankomatdan pul çıxmadı". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Nəriman Hacızadə adlı istifadəçi giley edib.

`NaxçıvanBank` AÇIQ QARƏTƏ KEÇİB...

Daha sonra narazı vətəndaş yazır: "Orda olan başqa bir şəxs də dedi ki, mənim 915 manatım hesabdan silinsə də bankomat pulu vermədi. Hotelin əməkdaşı çıxıb bildirdi ki, bu gün artıq bir neçə şəxsin başına belə bir iş gəlib, guya deyiblər ki gəlib düzəldəcəyik, məlumatları var. Halbuki bankomatın üzərində bununla bağlı heç bir xəbərdarlıq yoxdur. Kim pul çıxartmaq istəyir hesabdan silinir, amma götürə bilmir. İnsanlara qarşı bu qədər saymazlıq, hörmətsizlik göstərməyə bu bankı nə vadar edir anlamaq olmur. Azərbaycan Respublikasının Mərkəzi Bankı xahiş edirik ki, lazımi tədbiri görəsiz. Kim ordan pul çıxarmaq istəsə nəzərə alsın".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt