Əsas Səhifə > Hadisə, Güney Press > Elşad Abdullayevin bacısı oğlu Azərbaycandan çıxa bilmir

Elşad Abdullayevin bacısı oğlu Azərbaycandan çıxa bilmir


23-01-2014, 09:45
Elşad Abdullayevin bacısı oğlu Azərbaycandan çıxa bilmir
Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev yanvarın 22-də qurumun Bakıdakı ofisində (İsmayıl bəy Qutqaşınlı küçəsi, 9) müddətsiz aclıq aksiyasına başlayıb. “Turan”a danışan Azad Mürsəliyev deyib: “Mənim konstitusiya ilə müəyyən olunmuş sərbəst yerdəyişmə hüququm məhdudlaşdırılıb. 2013-cü ilin martında Mahir Abdullayevin oğurlanması üzrə Müstəqil İstintaq Komitəsi yaradıldıqdan sonra əsassız olaraq ölkədən çıxmağım yasaq olunub. İkincisi, Mahir Abdullayevin oğurlanmasından 10 ildən çox keçməsində baxmayaraq istintaqın hər hansı bir nəticəsi yoxdur. Üçüncüsü, şəxsən mənim, ailə üzvlərimin, xüsusilə dayım Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevə qarşı qanunsuz və repressiv hərəkətlərə son qoyulmasını tələb edirəm”.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. Mahir Abdullayevin oğurlanması ilə bağlı istintaq indiyədək heç kimi məsuliyyətə cəlb etməyib. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi rüşvət faktları ilə bağlı videolar yayıb. Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib. 2013-cü ilin martında Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətindən sonra Mahir Abdullayevin oğurlanması üzrə istintaq işini aparmaq üçün baş prokuror yanında Müstəqil İstintaq Komitəsi yaradılıb.

Elşad Abdullayev qardaşının oğurlanmasında hökumətin yüksək vəzifəli şəxslərini günahlandırır.

Azad Mürsəliyev Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsini 2013-cü ilin martında təsis edib.

Geri qayıt