Əsas Səhifə > Hadisə > Azərbaycanda hərbi qulluqçular olan maşın qəzaya uğradı

Azərbaycanda hərbi qulluqçular olan maşın qəzaya uğradı


21-01-2014, 10:33
Azərbaycanda hərbi qulluqçular olan maşın qəzaya uğradı
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus hərbi maşın qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün cəbhə bölgəsində içərisində 3 hərbi qulluqçunun olduğu hərbi maşın qəzaya uğrayıb.

Xəsərət alan hərbi qulluqçular cəbhə bölgəsində yerləşən hərbi hospitala yerləşdirilib. Nazirlikdən bildiriblər ki, hospitalda olan hərbi qulluqçuların vəziyyətləri normaldır.

Geri qayıt