Əsas Səhifə > Hadisə, Manşet > Daha bir tender rekordsmeni: TİİM...

Daha bir tender rekordsmeni: TİİM...


20-02-2023, 11:02
Daha bir tender rekordsmeni: TİİM...
DİA.AZ: - Mingəçevir Tibb Kolleci "Mühafizə xidməti" tenderinə yekun vurub.

DİA.AZ-ın məlumatına görə, qalib şirkət "TİİM" MMC (VÖEN: 1002155421) olub.

Tenderin dəyəri 34 950 manatdır.

DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, "TİİM" MMC bundan əvvəl isə Sanator-Kurort Reabilitasiya Mərkəzinin 48 850 manat dəyərindəki "Mühafizə xidmətlərinin satınalınması" tenderinin qalibi olub (16.02.2023).

Şirkət bağlanmış müqavilələr üzrə ümumilikdə 2019-cu ildən bu yana 92 satınalma müqaviləsi imzalayıb. Hər halda kifayət qədər ciddi rəqəm olan bu saya çatan şirkətlər tək-tükdür.

DİA.AZ "TİİM" MMC-nin qalibi elan olunduğu bəzi tenderlərin siyahısını təqdim edir:

Daha bir tender rekordsmeni: TİİM...
Daha bir tender rekordsmeni: TİİM...

Hər halda, bu faktı gərəkən qurumların araşdırması zərurəti hiss olunur... Bütün mühafizə tenderlərinin tən yarısının tək bir şirkət tərəfindən "qazanılması" ciddi təftiş tələb edir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt