Əsas Səhifə > Hadisə, Manşet > Bu necə DOST-dur ki, onun ayağına getmək zorundayıq?..

Bu necə DOST-dur ki, onun ayağına getmək zorundayıq?..


15-02-2023, 11:26
Bu necə DOST-dur ki, onun ayağına getmək zorundayıq?..
DİA.AZ: - "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini soruşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək". DİA.AZ-ın bildirdiyinə görə, bu fikirlər iqtisadçı ekspert Samir Əliyevin sosial şəbəkə hesabında paylaşdığı etirazında yer alıb.

"Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirəm, DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır.

ƏƏSMN-nin çağrı mərkəzindən verilən cavab sadəcə biabırçılıqdır. Yəni, DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən Mərkəzə. Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar?", - deyə o qeyd edib.

Geri qayıt