Əsas Səhifə > Hadisə, Manşet > Ramiz Mehdiyevin ƏRKOYÜN KOMANDASI: Hələ də vəzifədədirlər...

Ramiz Mehdiyevin ƏRKOYÜN KOMANDASI: Hələ də vəzifədədirlər...


9-02-2023, 10:57
Ramiz Mehdiyevin ƏRKOYÜN KOMANDASI: Hələ də vəzifədədirlər...
DİA.AZ: - Gah deyildi ki, icra başçılarının total dəyişikliyi olacaq, gah da iddia olundu ki, yox, təzə sistem yaranır, ümumiyyətlə, icra başçısı postlaarı ləğv olunacaq, onların yerində regional idarəetmələr yaradılacaq. Amma görünəni odur ki, sözügedən istiqamətdə KÖHNƏ HAMAM, KÖHNA TASDIR... DİA.AZ bildirir ki, bu ab-havadan istifadə edən köhnələr də rəsmən meydan sulayırlar...

Qeyd edək ki, hələ də keçmiş PA rəhbəri Ramiz Mehdiyevin kadrlarının vəzifə başında saxlanılması yerli ekspertlərimiz tərəfindən də təhlükəli məqam kimi qəbul olunub. Burada məsələ adı Rusiyanın siyasi hakimiyyəti ilə birbaşa bağlı olan Mehdiyevə biət edən icra başçılarının syalarının yetərincə olmasından və onların Azərbaycan üçün heç də faydalı nələrisə edə bilməmələri bir yana, konkret təhlükəı xarakterində olmalarından gedir.

DİA.AZ olaraq qısa araşdırmamız nəticəsində həmin qəbildəın olan icra başçılarından bəzilərini təqdim edirik.

Onlardan biri hazırda Masallıya rəhbərlik edən Rafil Hüseynovdur. Qeyd edək ki, Ramiz Mehdiyevin SAĞ ƏLİ olmuş Əli Həsənovun mübarək tərəfddaşlarından olan Rafil Hüseynov özünün mahiyyətini heç bir zaman gizlətməyib, amma nədənsə PA-da köhnə komandaya himayədarlıq edən qüvvələrin mövcudluğu səbəbi R.Hüseynovun da görəv başında tutulmasına səbəb olmaqdadır.

PA-dakı həmin sirli və hələ də güclərini qoruya bilən dairələr eyni zamanda Lənkəranın icra başçısı Taleh Qaraşovun da toxunulmazlığını təmin etməkdədirlər. DİA.AZ bildirir ki, yoldaş Qaraşovun Mehdiyevin əlindən su içməsi heç də məxfi fakt hesab olunmur.

Eyni zamanda Goranboy, Qusar, Astara və daha bir neçə rayonda da mehdiyevçi kadrların görəv başında olduqlarını xatırladan məlumatlı mənbə iddia edir ki, bu adamlar istənilən halda BASDIRILMIŞ MİNALAR hesab olunqudlarından onlardan rəsmilərimiz vaxtında qurtulmalıdırlar: "Bunun üçün regional idarəetmənin tətbiqini gözləmək heç də doğru hesab olunmur..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt