Əsas Səhifə > Hadisə, Güney Press > Bakıda kişi arvadını döyərək öldürüb

Bakıda kişi arvadını döyərək öldürüb


16-01-2014, 11:37
Bakıda kişi arvadını döyərək öldürüb
Bakıda kişi həyat yoldaşını döyərək qətlə yetirib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanı döyərək ağır bədən xəsarətləri yetirib.

G. Məmmədova bu gün səhər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən Ə. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt