Əsas Səhifə > Hadisə, Manşet > Oğlunu itirmiş atanın Kərəm Mustafayevlə ŞƏHİDLİK STATUSU DAVASI...

Oğlunu itirmiş atanın Kərəm Mustafayevlə ŞƏHİDLİK STATUSU DAVASI...


7-01-2023, 11:18
Oğlunu itirmiş atanın Kərəm Mustafayevlə ŞƏHİDLİK STATUSU DAVASI...
Ordubad rayonu Vənənd kənd sakini Məzahir Məmmədov, hərbi əmri yerinə yetirərkən həlak olmuş oğluna şəhidlik statusu ala bilmədiyini bildirir. O, bu işdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevi günahlandırır. Şikayətçinin oğlu Fazil Məmmədli 29 iyul 2022-ci ildə həlak olub. DİA.AZ-ın məlumatına görə, Məzahir Məmmədov "Gündəlik Naxçıvan"a bildirir ki, ilk günlər oğluna şəhidlik statusu söz verilsə də, sonradan buna əməl olunmayıb:
"N saylı hərbi hissədə xidmət edən oğlum döyüş təlimi zamanı komandanlığın hərbi əmrini yerinə yetirərkən şəhid olub. Özüm burda olmadıgımdan oğlumu 1 saat 45 dəqiqə ərzində general Rəhim Cəfərovun göstərişi ilə təcili dəfn ediblər. Şəhidi necə 1 saat 45 dəqiqə içərisində dəfn edə bilərlər? Hələ də başa düşə bilmirəm. 4 gün sonra dövlət bayrağını gətirdilər. Bayrağı mənə verəndə 10-15 zabit iştirak edirdi. Mənə dedilər ki, bayrağı qəbul et, şəhidlik sənədlərini də göndərəcəyik hərbi komissarlığa. 40 mərasimindən sonra məni Ordubad rayon hərbi komissarlığına çağırıb dedilər ki, hərbi hissənin verdiyi arayışda görə, oğluna şəhidlik statusu düşmür".

Oğlunu itirmiş atanın Kərəm Mustafayevlə ŞƏHİDLİK STATUSU DAVASI...

Bundan sonra ailə, hərbi hissə komandiri Umman Nəcəfovla görüşüb:
"O bizə dedi ki, bu arayışı Kərəm Mustafayevin göstərişi ilə yazıb. Daha sonra biz, Naxçıvan Əlahiddə Ordu Komandanlığının qərargah rəisi general Rəhim Cəfərovla görüşürdük. O da eyni sözləri deyib, bizi təhqir edərək qovdu".
Məzahir Məmmədov deyir ki, uzun çək-çevirdən sonra Kərəm Mustafayevin də qəbuluna düşə bilib:
“Teleqrama vurduqdan sonra, general Kərəm Mustafayevin qəbuluna düşdük. O, bizi dinləmək belə istəmədi. Dedi ki, sizin övladınıza şəhidlik düşmür. Oğluma verilən əmrin sürətini istədim. Onu da vermədilər. Bildirdilər ki, şifahi əmr verilib. İndi nə edəcəyimi, kimə şikayət edəcəyimi bilmirəm"
Məzahir Məmmədov ökə başçısına müraciət edərək, məsələnin araşdırılmasını, övladına layiq olduğu statusun verilməsi üçün köməklik göstərməsini xahiş edir.

Geri qayıt