Əsas Səhifə > Hadisə, Manşet > Gərək, bu avtobusa Vüsal Kərimlinin özünü mindirəsən...

Gərək, bu avtobusa Vüsal Kərimlinin özünü mindirəsən...


13-12-2022, 11:26
Gərək, bu avtobusa Vüsal Kərimlinin özünü mindirəsən...
Bakıda hərəkətdə olan sərnişin avtobusu xəstəlik mənbəyidir. Söhbət Hövsan-Suraxanı istiqaməti üzrə hərəkət edən XJ 561 dövlət nişanlı 161 saylı marşrutdan gedir. Oturacaqları, salonu və şüşələri palçığa bürünən avtobus biabırçı vəziyyətdə idarə olunur. Sərnişinlər natəmizlik yağan iyrənc mənzərəyə etiraz ediblər.

Görüntüləri Bizim.Media-ya təqdim edən sərnişinin bildirdiyinə görə ümumiyyətlə 161 nömrəli marşrut xəttinin bütün avtobusları acınacalı durumdadır. Ya qapıları qırıq və natəmizlik içində idarə olunur, ya da texniki baxımdan yararsızdır. Dəfərlərlə bu marşrut xəttindən şikayətlənsələr də onların dərdinə əlac tapılmır.

Qeyd edək ki, 161 nömrəli avtobusların acınacaqlı durumu ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik.

İstismarda olan bu sərnişin avtobuslarının hamısı texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Durumdan Bakı Nəqliyyat Agentliyi (BNA) də xəbərdardır. Hətta sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib. Həmin marşurutlar arasında 161 saylı avtobus da yer alıb.

Cana yığılmış sərnişinlər isə o günü səbirsizliklə gözləyirlər...

Gərək, bu avtobusa Vüsal Kərimlinin özünü mindirəsən...
Gərək, bu avtobusa Vüsal Kərimlinin özünü mindirəsən...

Geri qayıt