Əsas Səhifə > Hadisə, Manşet > Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?


21-11-2022, 10:28
Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 10 saylı dolayının 7-ci kvartalının 5-ci bölməsində dövlət meşə meşə fondunun ərazində mal-qara tövlələri var. DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, hazırda həmin tövlələrdə mal-qara saxlanılır və meşəlik ərazilər örüş yeri kimi sözügedən tövlələrin sahibinə satılıb.

2021-ci ilin avqust ayı sözügdən tövlələrlə bağlı Cəlilabad sakinləri Ekilogiya və Təbii Sərvətlər Nazirliyinin “168” qaynar xəttinə şikayət verib. İddialara görə, sözügedən şikayətin araşdırılması 1 saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin Cəlilabad və Biləsuvar ərazisi üzrə müfəttişi Talıb Kərimovla tapşırılıb. Amma hansısa səbəbdən heç bir tədbir görülməyib. Tövlələrin guya bələdiyyə ərazisində yerləşdiyini nazirliyə bildiriblər.

Mal-qara tövlələrinin koordinatları:
X-278015, Y-4330915.

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?
Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?
Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi meşə ərazilərinin ev yeri kimi satılması ilə bağlı AzToday.az-ın araşdırmaları nəticəsində məlum olub ki, Cəlilabad rayonu ərazisində meşə fondunun ərazisi kütləvi şəkildə vətəndaşlara satılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə ərazilərinin “zəbt” olunmasından xəbəri olsa da, merkantil maraqlara görə, adekvat tədbirlər görmür.
Məsələn, Göytəpə meşəbəyliyinin 13 a saylı dolayının 53-cü kvartalının 1-ci bölməsində dövlət meşə fondunda ev tikilib.
Koordinatları:
X- 280545, Y-4327544

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?
Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?
Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

Göytəpə meşəbəyliyinin 13 a saylı dolayının 29-ci kvartalın 1-ci bölməsində 13m×10m ölçülərində ev var. Ev məhz 2022-ci ildə tikilib.
Ərazinin koordinatları:
X-282363, Y-4328901

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

Göytəpə meşəbəyliyinin 13 a saylı dolayının 58-ci kvartalının 2-ci bölməsində 26m×8m ölçülərində mal-qara tövləsi var. Sözugedən fermanın yeri bir neçə il öncə ekologiya işçiləri tərəfindən tövlə sahibinə məlum səbəblərdən verilib.
Koordinatları:
X-280136, Y-4326825.

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

Göytəpə meşəbəyliyinin 13 saylı dolayın 21-ci kvartalının 5-ci bölməsində, Vənlik kəndi ilə həmsərhəd dövlət meşə fondunda ev yeri torpaq satılıb və ərazidə 13m×9m ölçülərində ev tikilir.
Ərazinin koordinatları:
X-282739, Y-4329396

Nazirliyin göndərdiyi yoxlama Muxtar Babayevi aldadıbmı?

2022-ci ildə Göytəpə meşəbəyliyinin 13 saylı dolayın 21-ci kvartalının 6-ci bölməsində də ərazilər satılıb. Orda 15m×12m ölçülərində ev tikilib. Bu satılan yer digər yerlərdən fərqli olaraq 2020-ci ilin yaz mövsümündə 8.19 ha sahədə salınan əkin yerində tikilib.
Ərazilərin koordinatları:
X-283123, Y-4329692

Geri qayıt