Əsas Səhifə > Hadisə, Manşet > Neft Daşlarında qimətləri KİM QALDIRIR?

Neft Daşlarında qimətləri KİM QALDIRIR?


27-10-2022, 08:01
Neft Daşlarında qimətləri KİM QALDIRIR?
DİA.AZ: - Ölkə əhalisi hər sabahını yeni bir bahalaşma xəbəri ilə açdığı bir ərəfədə daha da çətin durumda yaşayan Neft Daşları sakinlərini sanki kimlərsə məqsədli olaraq sınağa çəkməkdədir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri redaksiyamıza yazırlar ki, hər gün Neft Daşlarında hansısa məhsulun qiymətini kimlərsə qaldırır: "Məcburuq ki, təklif olunan qiymətə alaq. Harasa qaçası deyilik ki..."

Dia.az-a daxil olan müraciətdə narazı neftçilər son bahalaşn məhsulları da sadalayıblar: "Neft Daşlarında satılan ərzaqlar babat bahalaşır. Çörək (çörəkdən çox bulkaya oxşayır) 50 qəpikdən 60-a qalxıb. 100 qramlıq "Champion" çayı 2,60-dan qalxıb olub 3 manat. Kilosu 30 manata yəni. Marketlərdə 2,30-dur. Yəqin ərzaqların da qiymətinə 75% dəniz əmsalı gəlirlər".

Onu da qeyd edək ki, Neft Daşlarındakı ərzaq biznesinə "Xəzəriaşə" nəzarət edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt