Əsas Səhifə > Hadisə > Bakı Dövlət Universitetində prorektorla müəllimə əlbəyaxa oldu

Bakı Dövlət Universitetində prorektorla müəllimə əlbəyaxa oldu


30-12-2013, 12:49
Bakı Dövlət Universitetində prorektorla müəllimə əlbəyaxa oldu
Ötən gün BDU-da insident baş verib.Belə ki, universitetin prorektoru Sani Hacıyev saxta sənədi qeydiyyata salmaq üçün ümumi şöbənin müdiri Kəmalə Əliyevaya təzyiq göstərib. Şöbə müdirinin etirazı isə prorektoru özündən çıxarıb.

Bu barədə İnterpress.az-a Kəmalə Əliyeva özü məlumat verib. Şöbə müdirinin sözlərinə görə, Sani Əliyev onu təhqir edib.

"Hətta bununla da ürəyi soyumayan Sani müəllim mənim üzərimə hücum edərək boğmaq istədi. Bütün baş verənləri otaqda olanlar gördü".

39 yaşlı Kəmalə Əliyeva 20 ildən artıqdır ki, BDU-da çalışdığını deyərək faktla bağlı hüquq mühafizə orqanlarına deyil, BDU-nun rektoru Abel Məhərrəmova müraciət edib. Baş vermiş hadisəni nə təsdiq, nə də təkzib edən Sani Hacıyev sadəcə gülərək bu barədə bayramdan sonra danışacağını deyib.

Geri qayıt