Əsas Səhifə > Hadisə, Manşet > “Azercell” abonentlərinin konturları müəmmalı şəkildə silinir

“Azercell” abonentlərinin konturları müəmmalı şəkildə silinir


27-09-2022, 11:13
“Azercell” abonentlərinin konturları müəmmalı şəkildə silinir
“Azercell” müştərilərinin balansından konturları müəmmalı şəkildə silir.

DİA.AZ-ın məlumatına görə, bu barədə Pravda.az-a daxil olan şikayətdə bildirilir ki, “Azercell” abonentlərinə heç bir xəbərdarlıq etmədən onların nömrələrində müxtəlif tətbiqləri aktiv edir.

Abonentlərin nömrəsi öz-özündən ay ərzində günlük “BluTv”, “Azercell Kids”, “Busuu” kimi mobil tətbiqlərə qoşulur. Nəticədə vətəndaşların balansından günlük, aylıq konturlar davamlı olaraq çıxılır. Vətəndaşlar “Azercell”in bu addımı ilə bağlı şirkətin çağrı mərkəzinə müraciət edərək tətbiqləri deaktiv etdirsələr də, növbəti dəfə eyni hal digər tətbiq üzərində təkrarlanır.

“Azercell”in operatorları isə tətbiq kodunun vətəndaşın özü tərəfindən yığıldığını iddia edirlər.

Məsələ ilə bağlı “Azercell”ə ünvanladığımız sorğu cavabsız qalıb. Şirkətin Mətbuat xidmətindən bildirildi ki, şikayət edən vətəndaşın nömrələri araşdırıldıqdan sonra mövqe bildiriləcək. Nədənsə şirkət sonda mövqe göndərməkdən yayındı.

Geri qayıt