Əsas Səhifə > Hadisə, Manşet > `Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN...

`Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN...


24-08-2022, 11:27
`Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN...
DİA.AZ: - "Şikayətim "Ege Hospital"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Seyidrəhim Hüseynov giley edib.

`Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN...

Narazı vətəndaş daha sonra şikayətinə səbəb olan məqamları sadalayır:

"1) Parklanma yoxdur (Bakının ən işlək ərazisində yerləşən xəstəxananın az qala zirzemisinə qədər xəstə qəbul edilir).
2) Sanitar qovşaqlar sınıb-tökülür (təmizliyə söz ola bilməz, amma nə olsun ki... əlini nəyə vurursan, əlində qalır).
3) Lift isə başqa bir bəladır. 20-ci əsrin axırlarının avtobus dayanacağına oxşayır. Lift 20 dəqiqədən bir gəlir və gələndə də dolu olur..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt