Əsas Səhifə > Hadisə, Manşet > Rövşən Rzayevin BUNDAN XƏBƏRİ VARMI?

Rövşən Rzayevin BUNDAN XƏBƏRİ VARMI?


4-04-2022, 09:56
Rövşən Rzayevin BUNDAN XƏBƏRİ VARMI?
DİA.AZ: - Nizami rayonunda yerləşən 3 saylı xüsusi respublika internat məktəbinin binasının bir tərəfində yaşayan məcburi köçkünlər şəraitsizlikdən şikayətçidir.

DİA.AZ xəbər verir ki, bina təmirsizdir və hər mərtəbədə ümumi istifadə üçün bir tualet və bir mətbəx var.

Sakinlər bildirir ki, onlarla maraqlanan yoxdur.

Təkcə bir dəfə maraqlanıblar ki, onda da... Sakinlər deyir ki, 2021-ci ildə ADA universiteti tərəfindən məcburi köçkünlər arasında qayıdış haqqında sorğu aparılıb. Əslən Füzulidən olan yataqxana sakini Fərid Əliyev deyir ki, bununla bağlı onların da qapısı döyülüb.

Bundan başqa kimsə tərəfindən onlarla maraqlanan olmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə dəfələrlə müraciət etdiklərini desələr də, şikayətlərini eşidən olmyaıb.

Sakinlərin iddiaları ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt