Əsas Səhifə > Hadisə, Manşet > Niyazi Bayramovun 5 MİLYONLUQ TENDER ORTAĞI

Niyazi Bayramovun 5 MİLYONLUQ TENDER ORTAĞI


29-01-2022, 11:00
Niyazi Bayramovun 5 MİLYONLUQ TENDER ORTAĞI
DİA.AZ: - Gəncə Şəhər İH yol nişanlarının işarələnməsi üçün boya alışına 5 milyon manat yönəldəcək.
DİA.AZ xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərində bəzi küçə və prospektlərdə avtomobil yollarında nişanlama xətlərinin çəkilməsi üçün yol cizgi boyasının satın alınmasına 5 milyon manata yaxın vəsait yönəldəcək.

Gəncə Şəhər İcra Hakimiyyəti “NB Trading” ilə müvafiq müqavilə bağlayıb.

Müqavilənin dəyəri 4 milyon 979 min 775 manatdır.

DİA.AZ bildirir ki, 5 milyona yaxın büdcə vəsaitini əmanət etdiyi “NB Trading”lə bağlı məlumatlara görə, bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 85, mənzil 31, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi isə Arif Bayram oğlu Məmmədovdur.

Niyazi Bayramovun 5 MİLYONLUQ TENDER ORTAĞI

Arif Bayram oğlu Məmmədov


Onu da qeyd edək ki, 2021-ci ilin 2 mart tarixində yaradılan bu şirkət və onun rəhbərliyi haqqında bilgilər olduqca məhduddur. Arif Məmmədova gəlincə isə onun haqqında inetrent medianın "susqunluğu" müşahidə olunur.

Hər halda, 10 ayın şirkətinə bu qədər vəsaitin, 5 milyonluq büdcə pulunun əmanət olunması şübhələnmələr üçün yetərincə əsas yaradır. Yəni Gəncənin icra başçısı Niyazi Bayramov cənabları hansı keyfiyyətlərinə görə, üstünlüyü məhz "NB Trading"ə əmanət edib?.. Bax sual budur və bu barədə hətta hüquqi araşdırma da ortaya ciddi faktlar çıxara bilər. Ən azından şübhələr baxımından belə deməyə əsas yaranır...


Geri qayıt