Əsas Səhifə > Hadisə, Manşet > "Bizi yandıran odur ki, bizdən 40 kilometr arxada…"

"Bizi yandıran odur ki, bizdən 40 kilometr arxada…"


11-01-2022, 10:14
"Bizi yandıran odur ki, bizdən 40 kilometr arxada…"
DİA.AZ: - Dünən, yanvarın 10-da 44 günlük İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq təltifetmədən narazılıqlarını bildiriblər.

DİA.AZ bildirir ki, həmin şəxslərin sözlərinə görə, ölkənin ərazi bütövlüyü uğrunda müharibədə xidmətlərinə baxmayaraq onlara medal verilmir.

“Bizə dəyər versinlər. Bizi yandıran odur ki, bizdən 40 kilometr arxada… olana dörd dənə medal verilib. Müdafiə Nazirliyinin öz hərbi hissəsi var, hər uşağa səkkiz dənə medal veriblər. Ədalətli qərar deyil axı”, – şikayətçilərdən biri vurğulayıb. Onun qeyd etməsinə görə, prezident tapşırıb ki, müharibə iştirakçılarına diqqət və qayğı göstərilməlidir:

“Amma heç biri olmur. Səbəbini da bilmirik”.

Onların vurğulamasına görə, artıq bir ildir ki, qəbullara gedirlər, müraciətlər yazırlar, amma nəticəsi yoxdur.

Şikayətçilərin qarşısına çıxan Müdafiə Nazirliyinin nümayəndəsi onlara bildirib ki, məsələ araşdırılacaq.




Geri qayıt