Əsas Səhifə > Hadisə, Manşet > Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...

Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...


8-01-2022, 09:34
Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...
DİA.AZ: - Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu daxil olub. Rayondakı acınacaqlı durumdan giley edən narazı vətəndaş aşağıdakıları yazır:

"Goranboy rayonu Qızılhacılı qəsəbəsi Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evi qəza vəziyyətində olduğuna, tamamilə körpələr evi dağıdıldığı üçün körpələr evindən də pis gündə olan, Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbinin hərtərəfi daş betonla əhatə olunmuş korpusunda yerləşdirilib.

Adətən hər tərəfi betonla əhatə olunmuş otaqlar cəzaçəkmə müəssisələrində olur ki, belə otaqlara "KARS", "cərimə təcridxanaları" deyilir ki, bu təcridxanalarda azadlıqdan məhrum edilənlər müəssisənin daxili nizam-intizam qaydalarını pozduqları üçün cəzalandırırlar.

Çox təəssüflər olsun ki, Goranboy rayonu Qızılhacılı qəsəbə Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evinin uşaqları da belə bir, yəni hərtərəfi betonla əhatə olunmuş otaqlarda təhsil alırlar. Uşaqlar bizim gələcəyimizdir. Neçə illərdir körpələr evi İcra Hakimiyyətlərinə tabe idi. Nə səbəbə Goranboy İcra Hakimiyyəti bu körpələr evini nəzarətə götürmürdü?

Aidiyyatı qurumlar hara baxır?"

Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evinin dağıdılmış, qəzalı vəziyyətdə olması aşağıdakı şəkillərlə Sizə təqdim edirəik:

Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...
Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...
Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...
Şəhidin adını daşıyan Körpələr Evi XARABA GÜNƏ QALIB...

İddia olunanlalr abğlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...




Geri qayıt