Əsas Səhifə > Hadisə, Manşet > "Səngər Qala" az qala SƏNGƏR KİMİ QORUNUR...

"Səngər Qala" az qala SƏNGƏR KİMİ QORUNUR...


21-07-2021, 08:45
"Səngər Qala" az qala SƏNGƏR KİMİ QORUNUR...
DİA.AZ: - "Bu gördüyünüz Qaxda Səngər Qala restoranıdır. Içəridə maraqlı maketlər, heyvan obrazları var şəkillər çəkmək üçün əla məkandır. Heyif ki, qarşılanma sıfırdan da aşağı səviyyədədir". DİA.AZ bildirir ki, bu sözlər Könül Əhmədzadə adlı istifadəçinin "Müştərinin Səsi" sosial qurpundakı gileyində yer alıb.

"Səngər Qala" az qala SƏNGƏR KİMİ QORUNUR...

Daha sonra narazı vətəndaş yazır: "Əvvəla içəridə yemək üçün getsək də girən kimi şəkil çəkdirmək istədik digər qonaqlar gələnə kimi. Lakin bir nəfər işçi yaxınlaşaraq oturmuruqsa tez yekunlaşdırıb çıxmağımızı sərt bir şəkildə tələb etdi və əlavə etdi ki, restoranda oturmayanlara şəkil çəkdirməyə də icazə olmadığını bildirdi. Artıq bu kobud rəftara görə oturmaq üçün gəlmiş olsaq da oturmadan çıxdıq, peşman da olduq ki, bura gəldik. Biz getdik "qaydaları" bilmədən, gedəcəksinizsə nəzərə alsanız siz də bizim kimi əsəbiləşməzsiniz.

P.S.: Biz oradan çıxandan sonra növbəti maşınla atam gəldi, oturmaq istəmədiyimizi deyəndə içəri girib bir daha danışdı, nə danışdıqlarını artıq bilmirəm, üzr istəyib içəri dəvət etdilər amma yenə də oturmaqdan imtina etdik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt